Hakim partiya nümayəndəsinin sürücüsü qəza törətdi: 4 nəfər xəsarət alıb - FOTO

Türkiyənin Sakarıya vilayətində AK partiya sədrinin köməkçisi Mahir Ünalın sürücüsü yol-nəqliyyat hadisəsi törədib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident bu gün günorta saatlarında Sapanca rayonunda qeydə alınıb.
Məlumata görə, AKP sədrinin köməkçisi Mahir Ünalın sürücüsü Musa Öztürkün idarə etdiyi 34 DGK 63 qeydiyyat nişanlı xidməti “Audi” markalı minik avtomobillə, İstanbul istiqamətində hərəkətdə olarkən qarşısında irəliləyən Uğur Kuşcanın idarə etdiyi 34 SC 8486 qeydiyyat nişanlı “Hyundai” markalı minik maşınını arxadan vurub. Zərbənin şiddətindən “Audi” idarəetmədən çıxaraq yol kənarına sürüklənib.
Nəticədə Musa Öztürk və avtomobildəki Gürkan Akçay ilə “Hyundai”da sərnişin qismində olan Füsun Kuşcanla Gizəm Kuşcan xəsarətlər alıblar. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, qəza zamanın Mahir Ünal avtomobildə olmayıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev





Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












