Hakimlərin düşdüyü qəzadan yeni kadrlar: Yaralıların xilas edilmə anı - FOTO - VİDEO

Dekabrın 10-da Yevlaxda Tanrıqulular kəndində “Opel” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində ağır qəza barədə məlumat vermişdik. Bir nəfərin öldüyü (Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib), beş nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalara yerləşdirildiyi həmin qəzadakı avtomobillərdən birinin görüntüsü yayılıb.
Milli.az qəzadan bir neçə dəqiqə sonra yaralıların əzilmiş avtomobilin içərisindən xilas anını əks etdirən görüntüləri əldə edib.
Həmin kadrları təqdim edirik:
Xəsarət alanlar futbol üzrə Azərbaycan Birinci Divizionunun 14-cü turu çərçivəsində həmin tarixdə keçirilmiş “Mingəçevir” - “Qaradağ Lökbatan” oyununa təyinat almış hakimlər və hakim-inspektordur. Belə ki, “Qaradağ Lökbatan”ın 2:0 qalib gəldiyi oyunda Rövşən Rəcəbov baş hakim olub, Elmin Süleymanov və Asif Abdullayev yan xətt hakimi, Rəsul Babayev isə dördüncü hakim kimi fəaliyyət göstərib. Vaxtı ilə Azərbaycan Premyer Liqasında hakimliyi ilə tanınan Ceyhun Haşımov isə bu matçın hakim-inspektoru olub. Hadisə onlar oyundan sonra Bakıya qayıdarkən baş verib.
Yaralılar bu avtomobilin içərisindən çıxarılıb
Qeyd edək ki, xəsarət alanlar Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu dərhal əraziyə çağırılan təcili yardım maşınları vasitəsi ilə xəstəxanaya yerləşdiriliblər.
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
Beyləqanda AĞIR QƏZA: Avtomobil beton maneəyə çırpıldı
Sükan arxasında yuxulayan sürücü dəhşətli qəzaya düşdü – VİDEO
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO











