Hüquqşünas 6 nəfərin öldüyü qəzanı ŞƏRH ETDİ: "Heç kəsə lazım deyilik"

Qəzalar 2 İyul 2022 14:50
Hüquqşünas 6 nəfərin öldüyü qəzanı ŞƏRH ETDİ:  "Heç kəsə lazım deyilik"
WhatsApp kanalımıza abunə olun

"Təəssüf ki, ölkə yollarındakı qəzalarda ölənlərin sayı bəzən döyüş əməliyyatlarındakı itkilərə oxşayır." Bunu hüquqşünas Ərşad Hüseynov dünən axşam Göygöl rayonu ərazisində baş verən növbəti yol qəzasına münasibət bildirərkən yazıb. Hüquqşünas hadisə barədə şərh verib. 
"Hadisə barədə ilkin məlumatlar çox şeyi deyir:
- dünyasını dəyişənlərin olduğu avtomobilin  (VAZ 2107) təhlükəsizlik səviyyəsi;
- deyilənə görə dünyasını dəyişən sürücünün sürücülük hüququ yox imiş;
- hadisə Göygöl şəhərindən Bakı-Qazax magistral yoluna şıxışda baş verib. 
Sonuncu məqama xüsusi diqqət yetirmək istərdim. Göygöl şəhərindən nəqliyyat axını həmin magistral yola iki çıxış vasitəsilə daxil olur. Biri Göygöl-Gəncə yolunun bu magistralla kəsişməsindəki yol qovşağısır (körpü). Qovşaq normaldır və təhlükəsiz şəkildə bu magistrala çıxaraq həm Bakı, həm də Qazax istiqamətində hərəkət etmək olur. Amma həmin qovşağa gəlmək üçün Göygöl şəhərinin küçələri ilə hərəkət etməlisən deyə, əksər sürücülər o birisi çıxışa üstünlük verirlər.
İkincı çıxış Göygöl şəhərini yan keçərək eyni səviyyədə (körpüsüz) Bakı-Qazax magistralına birləşir. Əslində belə birləşmə birtərəfli olmalıdır, yəni Göygöl şəhəri tərəfdən gələnlər bu yola daxil olanda yalnız Bakı istiqamətinə gedə bilməlidirlər. Səhv etmirəmsə, orada  belə hərəkət edilməli olduğunu bildirən nişanlar var. Lakin magistralın ortasında ayırıcı sədd həmin hissədə açıqdır. Ona görə də əksər sürücülər magistrala məhz oradan daxil olurlar (Göygöl küçələri ilə hərəkət edib sıxlığa düşmək, svetoforda dayanmaq istəmirlər və s.), daha sonra həyatlarını riskə ataraq, nişanlara da məhəl qoymayaraq sola dönüb Qazax istiqamətinə gedirlər, hətta ordan azca qabaqda Gəncəyə dönürlər. Bakı tərəfdən Göygölə gedənlərin də xeylisi oradan sola dönür, çox riskli manevr edərək əks tərəfdən gələnlərin yolunu kəsməklə yolun soluna çıxırlar. Təəssüflər olsun ki, belə laqeydlik istənilən vaxt ağır faciəyə gətirib çıxara bilər."
Ərşad Hüseynov qeyd edib ki, media qurumlarından artıq illərdi ki, eyni sulı verirlər: Nə edək ki, belə qəzalar olmasın? "İllərdir dediyimi bir daha təkrar edirm: Bunun çox aydın yolu var. Sadəcə olaraq dünyanın etdiyini etmək lazımdır. Yol hərəkəti təhlükəsizliyinin idarə edilməsi üzrə dünyanın müəyyən etdiyi konkret sxem və ya düstur var. Bu, BMT-nin 20 il öncə qəbul etdiyi direktivlərdə, qlobal planlarda təsbit edilib, ayrı-ayrı dövlətlər bu yolu keçib və ya keçməkdədir. Biz də bunları əsas tutub 4 il əvvəl “Yol hərəkəti təhlükəsizliyinə dair” dövlət proqramı hazırladıq. Proqramda bu qətliamların səbəbi və aradan qaldırılma yolları (sürücü olmaq işinin təkmilləşdirilməsi və avtomobil parkının yenilənməsindən tutmuş qəzaya düşənlərə tibbi yardım göstərilməsindək) göstərilib. Proqramı icra etmək lazımdır. Özü də kabinetlərdə, masa üzərində yox, real həyatda. Çox gecikirik, həddən artıq çox.
Hər bir halda yollarda diqqətli olun. Özünüz qoruyun. Belə görünür ki, hər birimiz özümüzdən başqa heç kəsə lazım deyilik."

Oxunub : 1952
ŞƏRH YAZ
Ad

E-mail

Şərh