İTV-nin redaktoru çəklişə gedərkən ağır qəzaya düşdü - FOTO

Bərdədə baş verən qəzayla bağlı çəkilişə gedərkən İctimai Televiziyanın Qarabağ müxbiri - İnformasiya departamentinin böyük redaktoru Şöhrət Eyvazov xidməti maşınla qəzaya uğrayıb.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, 99MH817 dövlət nömrə nişanlı "Mersedes” markalı avtomobil "Köhnə bazar” adlanan ərazidə qadağan olunmuş istiqamətdə yüksək sürətlə gələrək İctimai Televiziyanın 10JU596 dövlət nömrə nişanlı Tofaş markalı xidməti maşınını vurub.
Avtomobil yararsız hala düşüb. Qəza nəticəsində sol ayaq və qol nahiyəsindən xəsarət alan Şöhrət Eyvazova zəruri tibbi yardım göstərilib.
Hazırda vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma başlanılıb.
İlkin ehtimala görə "Mersedes” markalı maşın azyaşlı uşaq tərəfindən qaçırılıb və "Vaz 2106” markalı daha bir avtomobili də əzib. "Mercedes" markalı avtomobili qaçıraraq qəzanı törətməkdə şübhəli bilinən şəxs Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












