“Kia” “Hyundai”la toqquşdu: 4 ölü, 4 yaralı - FOTO

Rusiyanın Kemerov əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident P-255 “Sibir” federal avtomagistralının 354-cü kilometrliyində İjmorsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, adı açıqlanmayan sürücü idarə etdiyi “Kia Sportage” markalı avtomobillə, naməlum səbəblərdən yolun əks zolağına çıxaraq qarşıdan gələn “Hyundai Elantra” markalı minik maşını ilə toqquşub.
Nəticədə “Hyundai”ın salonunda ikisi yeniyetmə olmaqla ümumilikdə 4 nəfər ölüb, “Kia”da olan 4 nəfər isə xəsarət alıb.
Yaralılar ambulanslarla xəstəxanalara çatdırılıblar.
Qəza yolun qarlı, sürüşkən və yağan qarın görmə səviyyəsinin aşağı olması səbəbindən ola biləcəyi ehtimal edilir.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev

Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












