Norveçin paytaxtında ötən il cəmi bir nəfər yol qəzasının qurbanı olub

Norveçin paytaxtı Oslonun yollarında 2019-cu il ərzində cəmi bir nəfər ölüb.
Bu barədə ictimai yolların yerli administrasiyasına istinadən “Aftenposten” xəbər verir.
Osloda 2019-cu ildə yol-nəqliyyat hadisəsinin yeganə qurbanı avtomobilinin hasara çırpılması nəticəsində ölən yaşlı kişi olub.
Qeyd edək ki, 2018-ci ildə Osloda yol-nəqliyyat hadisələri nəticəsində beş nəfər həlak olmuşdu.
Norveçin paytaxtında 1975-ci ildə yol qəzalarının qurbanı 41 nəfər olub. Lakin o zamandan bəri YNH nəticəsində ölənlərin sayı ildən-ilə azalır.
Administrasiyada qeyd edilib ki, yollarda qurbanların sayının azalmasına səbəb Oslo şəhərinin mərkəzi hissəsinə özəl avtomobillərin girişinə məhdudiyyətlərin qoyulmağı olub.
Bundan başqa, velosiped yollarının sayı artırılıb ki, nəticədə norveçlilər velosipedlə daha tez-tez getməyə başlayıblar. Bununla yanaşı, velosiped yollarını avtomobil yollarından ayıraraq, yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkün olub.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












