Prospektdə "07"ni soldan vurdular, sağı əzildi - Özü isə aşdı - VİDEO

Bakının 8 Noyabr prospektində baş verən ağır yol-nəqliyyat hadisəsi anbaan təhlükəsiz şəhər kameralarına qeyd olunub. Avtosfer.az xəbər verir ki, qəza yol hərəkəti qaydalarına əməl etməyən iki avtomobilin toqquşması nəticəsində baş verib.
Hadisə zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü düz istiqamətdə hərəkət etməli olduğu zolaqdan qəfil geriyə dönməyə çalışıb. Eyni anda arxadan gələn "Cherry" markalı avtomobilin sürücüsü isə svetoforun sarı işığa keçdiyini görüb və yüksək sürətlə hərəkət etməyə başlayıb. Nəticədə, "Cherry" geriyə dönən "VAZ 2107" ilə toqquşaraq aşıb.
Toqquşma güclü olduğundan hər iki avtomobilə ciddi ziyan dəyib. Hətta zərbənin təsiri o qədər güclü olub ki, geriyə dönən avtomobil sol hissədən vurulsa da, maşının sağ hissəsi də deformasiyaya uğrayıb.
Qəza anından sonra "VAZ" markalı avtomobilin sərnişini dərhal düşərək, aşıb qalan sürücüyə kömək etməyə çalışıb. Xoşbəxtlikdən, hadisə zamanı ölüm faktı qeydə alınmayıb.
Fərid
Xırdalanda avtomobil açıq lyuka düşdü – VİDEO
Yevlaxda yol qəzasında ölən gəncin FOTOsu
Yevlaxda AĞIR QƏZA: İki nəfər ÖLDÜ - FOTO - YENİLƏNİB
Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə buraxıldı?
Bakıda qadın sürücü “BMW” ilə şou göstərdi; vurub bardürə dırmaşdırdılar - VİDEO
Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ - VİDEO
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO












