Banner

Rusiyada faciəli şəkildə ölən azərbaycanlının nəşi Vətənə gətirildi

Xəbərlər 17 Noyabr 2026 23:40
Rusiyada faciəli şəkildə ölən azərbaycanlının nəşi Vətənə gətirildi
WhatsApp kanalımıza abunə olun

Rusiyada faciəli şəkildə həlak olan Azərbaycan vətəndaşı Vüqar İsmayılovun nəşi Vətənə gətirilib.

Avtosfer.az xəbər verir ki, mərhum Salyan rayonunda dəfn olunacaq.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi bir neçə gün əvvəl Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin yaxınlığındakı magistral yolda baş verib.

Belə ki, Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobili "Mercedes" markalı yük avtomobili və "Volkswagen" markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində Vüqar İsmayılov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. (oxu.az)

Oxunub : 74
ŞƏRH YAZ
Ad

E-mail

Şərh