Banner

Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə - VİDEO

Xəbərlər 17 Noyabr 2026 23:51
Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Gürcüstandan Azərbaycana gətirilən avtomobillərlə bağlı yeni rüsum tətbiq edilib. Bundan sonra Gürcüstandan avtomobil alaraq Azərbaycana gətirmək istəyənlər əlavə olaraq 450 lari (təxminən 295 manat) ödəməli olacaqlar.

Avtosfer.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Gürcüstanın Gəlirlər Xidmətinin müəyyən etdiyi yeni rüsum noyabrın 16-dan qüvvəyə minib.

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası"nın İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, bu qərar Azərbaycan avtomobil bazarına ciddi təsir göstərməyəcək.

Onun sözlərinə görə, artıq uzun müddətdir ki, Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracında azalma müşahidə olunur.

YouTubehttps://www.youtube.com/watch?v=L-70_HSNTHc

 

 

Oxunub : 132
ŞƏRH YAZ
Ad

E-mail

Şərh