Prospektdə “Toyota Prado” piyadanı vurub yerüstü keçidə çırpıldı - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində piyada vurulmasıyla nəticələnən qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 25-i günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu keçən piyadanı vurub. İddialara əsasən, sürücü son anda manevr etsə də, qəzadan yayına bilməyib. Nəticədə o, piyadanı vuraraq bir neçə metr kənara atıb. Daha sonra isə ərazidəki yerüstü piyada keçidinə çırpılıb. Hadisə zamanı piyada xəsarət alıb, avtomobilə maddi ziyan dəyib.
Qeyd edək ki, qəzanın görüntüləri sosial şəbəkədə müzakirələrə səbəb olub. Piyadanın keçidlə deyil, maşın yoluyla hərəkət etməsi qınanılıb.
Əldə etdiyimiz məlumata görə, ərazidəki yerüstü keçid təmir olunduğu üçün hələlik istifadəyə yararsızdır.
Nərmin
Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı - VİDEO
Böyükşor yolunda ağır qəza - VİDEO
Türkiyədə TIR-la mikroavtobus toqquşdu 7 nəfər öldü
Novxanıda maşın aşdı: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Şamaxıda AĞIR QƏZA: Ölən və xəsarət alan var
Mikroavtobus AŞDI - ÖLƏN VAR
Avtomobilin vurduğu piyada 3 gün sonra öldü - FOTO
Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yeni Ramanada “Mercedes” avtobusla toqquşdu - VİDEO
Bakıda polkovnik maşınla qadını vurub ÖLDÜRDÜ
Bakıda klinikanın qarşısında ağır qəza: Hadisənin anbaan görüntüsü - VİDEO












