Qaxda qəza törədən avtomobil yanacaqdoldurma məntəqəsinə çırpılıb

Qəzalar 5 Yanvar 2020 18:45
Qaxda qəza törədən avtomobil yanacaqdoldurma məntəqəsinə çırpılıb
WhatsApp kanalımıza abunə olun
Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib

Qax rayonunda iki minik avtomobili toqquşub. "Report"un məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "VAZ" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.

Zərbənin gücündən "Hyundai" ərazidə olan "Azpetrol" yanacaq doldurma məntəqəsinin qiymət panelinə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1704
ŞƏRH YAZ
Ad

E-mail

Şərh