Qubada yol qəzası: 5 nəfər yaralandı - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Qubada baş verən zəncirvari qəzada xəsarət alanların vəziyyətini açıqlayıb.
Avtosfer.az-ın məlumatına görə, TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Quba rayonu Pirvahid kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər (iki kişi, iki qadın, bir azyaşlı) bu gün saat 09:50-də Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qabırğa sınıqları, baş beyin silkələnməsi, açıq kəllə-beyin travması və komatoz vəziyyət diaqnozları təyin edilib.
1973-cü il təvəllüdlü (kişi) və 2021-ci il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır qiymətləndirilir.
Digər 3 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
***11:06
Qubada zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Pirvahid kəndi ərazisində qeydə alınıb.
"Shacman" markalı yük avtomobili "Kia" və "Toyota Prius" markalı minik avtomobilləri ilə toqquşub.
Qəzada xəsarət alan 5 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı - VİDEO
Böyükşor yolunda ağır qəza - VİDEO
Türkiyədə TIR-la mikroavtobus toqquşdu 7 nəfər öldü
Novxanıda maşın aşdı: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Şamaxıda AĞIR QƏZA: Ölən və xəsarət alan var
Mikroavtobus AŞDI - ÖLƏN VAR
Avtomobilin vurduğu piyada 3 gün sonra öldü - FOTO
Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yeni Ramanada “Mercedes” avtobusla toqquşdu - VİDEO
Bakıda polkovnik maşınla qadını vurub ÖLDÜRDÜ
Bakıda klinikanın qarşısında ağır qəza: Hadisənin anbaan görüntüsü - VİDEO












