Rusiyada ağır qəza: 3 azərbaycanlı ÖLDÜ - FOTO - YENİLƏNİB

Rusiyada dəhşətli yol-nəqliyyat hadisəsində həlak olan azərbaycanlılar dəfn ediliblər.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatlarını itirən 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov Qazax rayonunun Daş Salahlı kənd qəbiristanlığında, 2000-ci il təvəllüdlü Ceyhun Məmmədov isə Ağstafa rayonunun Muğanlı kənd qəbiristanlığında torpağa tapşırılıblar.
***
Rusiyada yol-nəqliyyat hadisəsində həlak olan 3-cü azərbaycanlının şəxsiyyəti məlum olub.
Avtosfer.az xəbər verir ki, qəzada ölən Ağstafa rayonunun Muğanlı kənd sakini, 2000-ci il təvəllüdlü Ceyhun Arif oğlu Məmmədovdur.
Həlak olan hər 3 şəxsin cənazələri dünən gecə saatlarında Azərbaycana gətirilərək ailələrinə təhvil verilib.
Həlak olanlardan ikisi Qazax rayonunun Daş Salahlı, biri isə Ağstafa rayonunun Muğanlı kəndində bu gün dəfn ediləcək.
***11:11
Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib. "LADA Priora" və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.
Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.
Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.
Qəzada həlak olan digər həmyerlimiz isə Ağstafa rayonunun Muğannı kənd sakini, 2000-ci il təvəllüdlü Ceyhun Arif oğlu Məmmədovdur.
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO












