Banner

Gürcüstanda azərbaycanlı siyasətçi keçmiş arvadını öldürtmək üçün killer tutubmuş

Hadisə 17 Noyabr 2026 13:36
Gürcüstanda azərbaycanlı siyasətçi keçmiş arvadını öldürtmək üçün killer tutubmuş
WhatsApp kanalımıza abunə olun

Gürcüstanın Qardabani bələdiyyəsində keçmiş həyat yoldaşını sifarişlə öldürməyi planlaşdıran şəxs saxlanılıb.

Avtosfer.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, şübhəli şəxs boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşını öldürtmək qərarına gəlib və bunun üçün tanışından 25 min dollara killer tapmağı istəyib.

Axtarış zamanı saxlanılan şəxsin yaşadığı evdən müxtəlif növ odlu silahlar, döyüş sursatları və tanışı ilə əlaqə saxladığı mobil telefon maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən azərbaycanəsilli siyasətçi Rəfi Orucovdur. Cütlüyün birgə nikahdan üç övladı var. (oxu.az)

Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh