Rusiyada avtomobil qəzası baş verib, 5 nəfər ölüb

Rusiyanın Altay diyarında iki avtomobilin (VAZ-2110 və Lexus RX 300) toqquşması nəticəsində baş verən qəzada ikisi uşaq olmaqla, beş nəfər ölüb.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya DİN-in regional Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər.
"Baş vermiş hadisə nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü və sərnişinləri: 1986-cı il təvəllüdlü qadın və 2009 və 2011-ci il təvəllüdlü iki uşaq təcili yardım gələnə qədər yerindəcə dünyasını dəyişib. İlkin məlumata əsasən, “Lexus” markalı avtomobilin sürücüsü olan kişi xəstəxanada dünyasını dəyişib. “Lexus”un digər iki sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib”, - mətbuat xidmətindən bildirilib.
Həmçinin əlavə olunub ki, qəza Barnaul - Rubtsovsk - Qazaxıstan Respublikası ilə sərhəd magistralında baş verib və qəzaya səbəb kimi “VAZ-2110” markalı avtomobilin qarşıdan gələn nəqliyyat vasitələrinin zolağına çıxması göstərilib.
Prokurorluğun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparırlar.
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO












