Banner

Şəkidə avtomobil 32 yaşlı qadını vurub

Qəzalar 4 Yanvar 2020 23:00 Oxunub 1271
Şəkidə avtomobil 32 yaşlı qadını vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir

Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Şəki sakini, 32 yaşlı Həcər Bəkirova yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh