Siyəzəndə minik avtomobili "QAZel"ə çırpılıb, ölən var

Qəzalar 2 Yanvar 2020 15:30
Siyəzəndə minik avtomobili "QAZel"ə çırpılıb, ölən var
WhatsApp kanalımıza abunə olun
Siyəzən RPŞ tərəfindən araşdırma aparılır

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 2-də saat 1 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini S. Baxşıyev idarə etdiyi "Runna" markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi N. Əkbərova məxsus "QAZel" markalı avtomobilə vurub.

S. Baxşıyevin sərnişini olan qardaşı Vidadi xəstəxanaya yerləşdirilib və orada ölüb.

Siyəzən RPŞ tərəfindən araşdırma aparılır.

Oxunub : 1490
ŞƏRH YAZ
Ad

E-mail

Şərh