Siyəzəndə qadını maşın vurub, vəziyyəti ağırdır
Qəzalar
2 Yanvar 2020 22:20
Oxunub 1265

Ağır bədən xəsarətləri alan piyada Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib
Siyəzəndə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, maşın yolu keçmək istəyən 1961-ci il təvəllüdlü, Hacıyeva Təranə Ağarəhim qızını vurub. Ağır bədən xəsarətləri alan piyada Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













