Sürüşkən yol, yüksək sürət və ağır nəticə: 2 nəfər öldü - REAL VİDEO

Bu gün saat 08:35-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisindən keçən avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsinin anbaan görüntüsü yayılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.
"MAN markalı yük avtomobilini idarə edən Umudvar Abbasov yağışlı hava şəraitini və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib və qarşıdan gələn "Toyota" markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində "Toyota" markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Mariyə Məmmədova hadisə yerində həyatlarını itiriblər, digər sərnişin Mübarək Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır", - qeyd edilib.
Məlumata görə, təhlillər göstərir ki, yolun sürüşkən olduğu hava şəraitində nəqliyyat vasitələrinin tormozlanma məsafəsi əhəmiyyətli dərəcədə artır, idarəetmə çətinləşir və kəskin manevrlər qəza riskini ciddi şəkildə yüksəldir. Belə hallarda sürət rejiminin pozulması, eləcə də nəqliyyat vasitəsinin texniki vəziyyətinə lazımi nəzarətin edilməməsi ağır nəticələrə səbəb olur:
"Yağışlı və sürüşkən yol şəraitində sürücülər:
- hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli;
- kəskin və riskli manevrlərdən çəkinməli;
- nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasını, xüsusən də təkərlərin mövsümə uyğun seçilməsini təmin etməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizlik, yol və hava şəraitinin düzgün qiymətləndirilməməsi kimi qayda pozuntularının əksər hallarda ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və sürücüləri bu acı hadisələrdən düzgün nəticə çıxarmağa çağırır".
Böyükşor yolunda ağır qəza - VİDEO
Türkiyədə TIR-la mikroavtobus toqquşdu 7 nəfər öldü
Novxanıda maşın aşdı: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Şamaxıda AĞIR QƏZA: Ölən və xəsarət alan var
Mikroavtobus AŞDI - ÖLƏN VAR
Avtomobilin vurduğu piyada 3 gün sonra öldü - FOTO
Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yeni Ramanada “Mercedes” avtobusla toqquşdu - VİDEO
Bakıda polkovnik maşınla qadını vurub ÖLDÜRDÜ
Bakıda klinikanın qarşısında ağır qəza: Hadisənin anbaan görüntüsü - VİDEO
Gəncədə avtomobil evin hasarına çırpılıb - FOTO












