Tovuzda minik avtomobili qayaya çırpılıb, 7 nəfər xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz-Böyükqışlaq yolunun rayonun Kirən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Kirən kənd sakini, 1973-cü il təvəllüdlü İmamverdiyev Azad Bayram oğlu idarə etdiyi UAZ markalı minik avtomobili ilə hərəkətdə olarkən mühərrikdə nasazlıq yaranıb. Bu zaman sürücü avtomobili dərəyə düşməyə qoymayaraq, nəqliyyat vasitəsini qayaya çırpıb. Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər – 1972-ci il təvəllüdlü İmamverdiyev Azər Bayram oğlu, 1980-ci il təvəllüdlü İmamverdiyeva Aynur Cavanşir qızı, 1980ci il təvəllüdlü Əyyibov Azad Abbasəli oğlu ,1982-ci il təvəllüdlü İmamverdiyeva Jalə Əhməd qızı, 2013-cü il təvəllüdlü İmamverdiyeva Gülanə Azad qızı ,1982-ci il təvəllüdlü Yusibova Gülxoş Eldar qızı və 2001-ci il təvəllüdlü İmamverdiyev Qismət Azər oğlu xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, qəzaya düşənlərin hamısı qohumdur. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












