Türkiyədə zəncirvari qəza - Ölənlər və yaralananlar var - FOTO

Türkiyənin Manisa vilayətinin Kula rayonunda yağışlı hava səbəbindən baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza İzmir-Ankara avtomobil yolunun Kavacık Rampaları ərazisində saat 19:15 radələrində qeydə alınıb.
Məlumata görə, Osman Aktaşın idarə etdiyi yük maşını, Nadir Salmanovun sürdüyü kimyəvi maddə daşıyan yük avtomobili və Rüstəm Begenin idarə etdiyi kommersiya nəqliyyat vasitəsi naməlum səbəbdən toqquşub.
Yağış səbəbindən sürüşkən yol şəraiti qəzanın miqyasını daha da ağırlaşdırıb. Toqquşmadan sonra əraziyə çoxsaylı təcili yardım, yanğınsöndürmə və polis qrupları cəlb olunub.
Yaralılar Rüstəm Begen, Bülent Karabacak, Adem Kahyelioğlu və Osman Aktaş ilkin tibbi yardım göstərildikdən sonra Kula Dövlət Xəstəxanasına yerləşdirilib.
Hadisə yerində aparılan araşdırma zamanı 56 yaşlı Nadir Salmanov və sərnişin Aytekin Akkayanın həyatını itirdiyi müəyyən edilib.
Qəza nəticəsində ağırtonnajlı nəqliyyat vasitələrindən biri yol kənarına aşıb, digəri isə yolu bağlayaraq İzmir-Ankara istiqamətində hərəkəti tam dayandırıb. Yol təxminən 3 saatlıq işlərdən sonra yenidən açılıb.
Faktla bağlı araşdırma aparılır.

Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












