Sabahla bağlı ƏHALİYƏ xəbərdarlıq - Sel və daşqın olacaq

Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti müşahidə olunacaq.
Proqnoza əsasən, güclü külək əsəcək, bəzi yerlərdə intensiv yağış yağacaq, ayrı-ayrı dağ çaylarından qısamüddətli sel və daşqın keçəcək, şimşək çaxacaq.
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə bir sıra təhlükəsizlik qaydalarını xatırladıb.
Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəklərinin və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Küləkli havada yanğın təhlükəsizliyi qaydalarına da xüsusi diqqət yetirilməlidir. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.
İntensiv yağışlarla əlaqədar çaylarda yarana biləcək sel və daşqınlardan, həmçinin subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq tövsiyə edilir. Belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə əməl etmək lazımdır.
Nazirlik ildırım təhlükəsinə qarşı da əhaliyə xəbərdarlıq edib. İldırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada elektrik xətlərindən, ildırımötürücülərdən, navalçalardan və antenalardan uzaq durmaq, hündür ağacların altında daldalanmamaq tövsiyə olunur.
Avtomobildə olan şəxslərə isə hərəkəti dayandırmaq, şüşələri qaldırmaq və ildırım təhlükəsi sovuşanadək gözləmək məsləhət görülür.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












