Mətin Eynullayev onunla bağlı əmr imzaladı - Tərlan Əliyev kimdir?

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub.
Bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.
Əmrə əsasən, Tərlan Əliyev Əmlak Məsələləri Dövlət Xidmətində İnnovasiyalar və rəqəmsal inkişaf sektorunun müdiri vəzifəsinə təyin olunub.
O, 2025-ci ilin fevralından 2026-cı ilin noyabrınadək həmin qurumda aparıcı məsləhətçi vəzifəsini tutub.
Tərlan Əliyev bundan əvvəl, 2023-cü ilin iyulundan 2025-ci ilin fevralınadək Dövlət Məşğulluq Agentliyində aparıcı mütəxəssis kimi fəaliyyət göstərib.
O, 2019-cu ilin fevralından 2020-ci ilin mayınadək Çexiyada yerləşən “Infosys” şirkətində proseslər üzrə icraçı (Process Executive) vəzifəsində çalışıb. Həmin dövrdə şirkətin “Apple Maps” layihəsində iştirak edib və əsasən Azərbaycan və Türkiyə üzrə müştəri müraciətlərinin emalı ilə məşğul olub.
T.Əliyev 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində təcrübəçi-tədqiqatçı, 2017-ci ildə isə Azərbaycan Xarici İşlər Nazirliyində təcrübəçi olub./Yurd.Media/

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












