Pensiyalar gələn il belə artırılacaq

Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əmək haqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahidə edəcəyik.
Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, növbəti il pensiyalarda indeksləşdirmə mexanizmi dəyişir:
"Belə ki, orta aylıq əməkhaqqı məbləğinə qədər pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam indeksləşdiriləcək. Orta aylıq əməkhaqqından 5000 manatadək pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində 0,5, 5000 manatdan çox pensiya alanların pensiya məbləğlərində isə 0,2 əmsalından istifadə olunacaq. Ona görə də yeni əmsalların tətbiq edilməsi nisbətən az pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artımlara gətirib çıxaracaq. Yəni, 1200 manatadək pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam olaraq indeksləşdiriləcək.
Burada məqsəd az pensiya alan vətəndaşlarımızla nisbətən çox pensiya alanlar arasındakı fərqin azaldılmasına nail olmaq və median pensiya məbləğində artımları sürətləndirməkdir. Birmənalı şəkildə növbəti il pensiya artımları builki əməkhaqqı artımlarına uyğunlaşdırılaraq həyata keçiriləcək və artımlar yanvar ayı ilə hesablanacaq. Artımlarla bağlı sənədin fevral ayının əvvəllərində imzalanacağı gözlənilir və sənəd imzalandıqdan sonra yanvar ayının artımları da fevral ayının artımları ilə birlikdə ödəniləcək". /Unikal.az
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












