Ucarda ZİL"KamAZ"a çırpılıb, mişar daşları yola səpələnib

Qəzalar 4 Yanvar 2020 13:45
Ucarda ZİL"KamAZ"a çırpılıb, mişar daşları yola səpələnib
WhatsApp kanalımıza abunə olun
Hadisə zamanı xəsarət alan olmasa da, yük maşınlarına ciddi ziyan dəyib

Ucarda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı - Qazax yolunun rayonun Qaradağlı kəndidən keçən hissəsində qeydə alınıb. Mişar daşı ilə dolu "KamAZ" markalı yük maşını Gəncə istiqamətində hərəkətdə olarkən, arxadan gələn ZİL markalı yük maşını ona çırpılıb. Nəticədə "KamAZ" yoldan çıxaraq aşıb və mişar daşları yola səpələnib.

Hadisə zamanı xəsarət alan olmasa da, yük maşınlarına ciddi ziyan dəyib. Fakt araşdırılır.

Oxunub : 1752
ŞƏRH YAZ
Ad

E-mail

Şərh