Vəzifəli şəxsin piyadanı vurub öldürməsi ilə bağlı AÇIQLAMA - FOTO - YENİLƏNİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Zaqatala filial müdiri Turan Əsədovun qəza törədərək piyadanı vurub öldürdüyünü təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, Fondun mətbuat katibi Rəşad Mehdili açıqlamasında bildirib:
"Bu gün Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törətmişdir.
Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb.
Lakin təəssüf hissi ilə bildiririk ki, həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat etmişdir.
Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcəkdir".
***8 mart, 23:29
Qaxda avtomobillə piyadanı vuraraq öldürən sürücünün vəzifəli şəxs olduğu bildirilir.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs Zaqatala şəhər sakini Turan Əsədovdur.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır.

***
Qaxda maşın piyadanı vuraraq öldürüb.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan minik avtomobili 53 yaşlı Bakı şəhər sakini Natiq Tofiq oğlu Həsənovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












