Yeniyetmə və gəncin öldüyü qəzada - Hökm oxundu

Biri yeniyetmə olmaqla iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı hökm oxunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya səbəb olan avtomobilin sürücüsü 26 yaşlı Orxan Əliyev məhkəmə zalında həbs edilib.
Orxan ötən ilin noyabrında Qaradağ rayonunun Ələt qəsəbəsində idarə etdiyi “Hundai Santa Fe” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 17 yaşlı yeniyetməni vurub. Zərbənin təsirindən avtomobil yoldan çıxaraq kənar maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 23 yaşlı sərnişin də ağır xəsarət alıb. Hər iki şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Sürücü cinayət məsuliyyətinə cəlb edilsə də, məhkəmə istintaqının sonuna kimi azadlıqda olub. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Vəfat edən yeniyetmənin atası təqsirləndirilən sürücü ilə barışsa da, avtomobildə həyatını itirən sərnişinin hüquqi varisi ondan şikayətçi olub. Sərnişinin qardaşı O. Əliyevdən 10 min manat təzminat tələb edib. Lakin o bu məbləği ödəyə bilmədiyini, imkanına uyğun yardım təklif etdiyini bildirib. Buna baxmayaraq, tərəflər razılığa gələ bilməyiblər.
Məhkəmə Orxanı təqsirli bilib və ona 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. O, elə iclas zalında həbs edilib.
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO












