Bir gündə 116 mm yağıntı: Normadan artıq yağışların səbəbi nədir?

Milli Hidrometeorologiya Xidmətinin açıqladığı məlumata görə, ötən gün Bakıda və Abşeron yarımadasında sutka ərazində düşən yağıntının miqdarı 116 mm qeydə alınıb ki, bu da aylıq normanın 589 faizini təşkil edib.
Bakıda sutka ərzində qeydə alınan 116 mm yağıntını meteoroloji baxımdan ekstremal göstərici hesab etmək olarmı? İntensiv yağışların əsas səbəbi nədir?
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, meteoroloq Cavid Hüseynovun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan intensiv yağıntıların və qeyri-sabit hava şəraitinin bir neçə əsas meteoroloji və iqlim səbəbi var:

"Yaz fəsli ilin keçid dövrü olduğu üçün müxtəlif temperatur göstəricilərinə malik hava kütlələrinin ölkə ərazisində tez-tez qarşılaşması, şimaldan gələn soyuq hava kütlələrinin cənubun isti hava kütlələri ilə toqquşması atmosfer cəbhələrinin yaranmasına, bu isə öz növbəsində intensiv yağışlara, şimşək çaxmasına və bəzi hallarda doluya səbəb olur. Müasir iqlim dəyişmələri fonunda atmosferin temperaturu yüksəldikcə, hava daha çox rütubət saxlama qabiliyyəti qazanır (hər 1 dərəcə artım rütubəti təxminən 7% artırır). Bu da, yağıntıların paylanmasını qeyri-müntəzəm edir və qısa müddətdə ekstremal yağıntıların düşmə ehtimalını artırır”.
Cavid Hüseynov əlavə edib ki, şərq rayonlarında yağıntıların daha güclü olması, çox vaxt Xəzər dənizi üzərindən gələn rütubətli hava kütlələrinin qurudakı soyuq cəbhə ilə birləşməsi ilə bağlıdır:
"Həmçinin, ölkəmizin oroqrafik quruluşu və dağlıq relyefi hava kütlələrinin hərəkətinə əhəmiyyətli təsir göstərməklə, xüsusilə də Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində yağıntıların intensivləşməsinə gətirib çıxarır".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












