Yolları bağlı olan kəndlərdə vəziyyət necədir?

Quba-Qonaqkənd yolunda baş verən uçqundan sonra gediş-gəliş bağlanan kəndlərdəki son durum açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Quba Rayon İcra Hakimiyyətindən "Yeni Sabah"a verilən məlumata görə, hazırda əraziyə alternativ yolun çəkilişi davam edir:
“Mövcud şəraitə görə iri və yük maşınlarının hərəkətində müəyyən çətinliklər yaşansa da, nəqliyyatın hərəkəti üçün müvəqqəti yollar mövcuddur. Ərzaq təminatı yaxın ərazilərdən təşkil olunur. Qəsəbədə fəaliyyət göstərən mağaza vasitəsilə əsas tələbat malları təmin edilir və ətraf kəndlər də buradan istifadə edə bilir”.
Kəndlərdə məktəblər də fəaliyyətini davam etdirir:
“Təhsil müəssisələri fəaliyyət göstərir, məktəblərdə dərslər davam edir və bu sahədə də ciddi problem yoxdur. Elektrik enerjisi təminatı mövcuddur, lakin qaz təchizatı sürüşmə nəticəsində dayandırılıb. Səhiyyə xidməti də təmin olunub. Ərazidə sahə xəstəxanası fəaliyyət göstərir və həkimlər əhaliyə xidmət göstərir. Zəruri hallarda xəstələrin daşınması üçün nəqliyyat vasitələri mövcuddur. Yolun bərpası istiqamətində işlər davam etdirilir. Sürüşmə aktivliyinin qarşısının alınmasından sonra əsas yolun istifadəyə verilməsi planlaşdırılır. Alternativ yolun çəkilişi də davam edir və hava şəraitindən asılı olaraq işlərin daha sürətli başa çatdırılması gözlənilir. Ümumilikdə, vəziyyət nəzarət altındadır və bütün zəruri tədbirlər görülür”.
Qeyd edək ki, aprel ayının 11-də intensiv yağışlar nəticəsində Quba-Qonaqkənd yol çöküb. Nəticədə Cimi, Xaşı, Xaltan, Nohurdüzü, Yerfi, Talış, Dərk, Qayadalı, Söhüb kəndlərinin yolu bağlanıb.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












