“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ

Müasir texnologiya gündəlik həyatımızı asanlaşdırmaq üçün ağıllı ev sistemlərini təqdim edir. İşıqları, istiliyi, təhlükəsizlik kameralarını və digər cihazları telefon və ya səsli köməkçi ilə idarə etmək artıq mümkün və çox rahatdır. Lakin hər yeni texnologiya kimi ağıllı evlər də müəyyən risklər daşıyır. Məsələn, xaker hücumları nəticəsində sistemlər ələ keçirilə və şəxsi məlumatlar icazəsiz istifadə oluna, proqram xətaları və texniki nasazlıqlar isə həyatımızı çətinləşdirə bilir. Bu səbəbdən ağıllı evlərin təhlükəsizliyi mövzusunda diqqətli olmaq və bir sıra tədbirlər görmək vacibdir.
Məsələ ilə bağlı informasiya texnologiyaları mütəxəssisi Fərhad Mirəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ağıllı ev sistemi quran və istifadə edən şəxslər həmişə nəzərə almalıdırlar ki, burada bəzi neqativ hadisələr və insidentlər baş verə bilər:

“ "Ağıllı ev" sistemlərinin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəflərindən çox danışmaq olar, çünki bugünkü texnologiyanın inkişaf səviyyəsinə uyğun olaraq gündəlik həyatımızı xeyli asanlaşdıra bilirlər. Həmçinin mənfi tərəflərini də mütləq qeyd etməliyik və burada həmişə bir kompromis mövcuddur. "Ağıllı ev" sistemləri ilə bağlı ən böyük təhlükə onların kliyent-server texnologiyası ilə işləməsidir. Yəni əsas modul olan cihaz buludla əlaqəli olur və idarəetmə bulud vasitəsilə həyata keçirilir. Mobil telefon vasitəsilə cihazı idarə etmək üçün biz buludla əlaqə saxlayırıq və bulud həmin cihazla əlaqələnərək müəyyən tənzimləmələri həyata keçirir. Təhlükəsizlik baxımından əgər bu infrastruktur kənar şəxslərin əlinə keçərsə, ağıllı ev sistemləri onlar tərəfindən ələ keçirilə bilər. Belə hallara cihazların söndürülməsi, işə salınması, deaktiv edilməsi, məsələn, qapı kilidinin bağlı vəziyyətdə ikən açıq vəziyyətə keçməsi kimi nümunələr daxildir. Bundan əlavə, müəyyən xətalar da mümkündür. Təcrübədə olur ki, ağıllı ev sistemi ilə təchiz olunmuş evdə əsas qapı girişində texniki səhvlər səbəbindən ev sahibi evə daxil ola bilmir. Bu, adətən serverdə baş verən xətalarla bağlı olur. Eyni zamanda bəzi ağıllı ev cihazlarında yanğın hadisələrinə də rast gəlinir. Məsələn, “Xiaomi” şirkətinin robot tozsoranlarında bir neçə evdə ev sahibi olmadığı vaxt yanğın baş vermiş və ev yanaraq zərər görüb. Bundan başqa, bu sistemlər internet və elektrik enerjisindən asılıdır. Bu komponentlər məhdud olduqda sistemin normal işləməsi çətinləşir və müxtəlif problemlər ortaya çıxa bilər. Amma bütün bunlara baxmayaraq, hər il daha çox insan bu sistemlərdən istifadə etməyə can atır. Müxtəlif ev məişət texnikası, məsələn, soyuducular, tozsoranlar, robot tozsoranlar və təhlükəsizlik komponentləri ağıllı sistemlərlə idarə olunur. Kompromis həmişə nəzərə alınmalıdır, çünki idarəetmə bəzən əldən çıxa bilər”.
Nurcan Babək
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır










