“ChatGPT”nin yanlış sağlamlıq tövsiyəsi

Texnologiya 24 İyul 2026 23:55
“ChatGPT”nin yanlış sağlamlıq tövsiyəsi
WhatsApp kanalımıza abunə olun

ABŞ-da yaşayan bir şəxs süni intellekt əsaslı çatbot “ChatGPT”-nin verdiyi sağlamlıq tövsiyələri səbəbindən vaxtında tibbi yardım almadığını iddia edərək “OpenAI” şirkətini və onun baş direktoru Sem Altmanı məhkəməyə verib.

Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, Floridada yaşayan pastor Skott Uinters Kaliforniya ştat məhkəməsinə təqdim etdiyi iddia ərizəsində “ChatGPT”-nin sağlamlıq problemləri ilə bağlı ona yanlış istiqamət verdiyini və nəticədə müalicəni gecikdirdiyini bildirib.

İddiada qeyd olunur ki, Uinters 2024-cü ildə “ChatGPT”-yə sağlamlığı ilə bağlı suallar ünvanlayarkən sistem əvvəlcə ona həkimə müraciət etməyi tövsiyə edib. Lakin sonrakı yazışmalarda chatbot bu xəbərdarlıqları dayandıraraq birbaşa tibbi məsləhətlər verməyə başlayıb.

Ərizədə iddia edilir ki, “ChatGPT” istifadəçini səhhətindəki problemlərin ciddi təhlükə yaratmadığına inandırıb və bu səbəbdən o, vaxtında tibbi yardım almaqdan yayınıb. Nəticədə Uinters ağciyər emboliyası diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

İddiaçının vəkilləri “OpenAI” və Sem Altmanı “icazəsiz tibbi fəaliyyət” və səhlənkarlıqda ittiham edirlər. Onların fikrincə, “ChatGPT”-nin təhlükəsizlik mexanizmləri kifayət qədər effektiv olmayıb və bu həyati təhlükə yaradan vəziyyətdə müalicənin gecikməsinə səbəb olub.

“OpenAI” isə ittihamlarla bağlı açıqlamasında bildirib ki, “ChatGPT”-nin istifadə şərtlərində onun xəstəliklərin diaqnozu və ya müalicəsi üçün nəzərdə tutulmadığı açıq şəkildə qeyd olunur. Şirkət sözçüsü əlavə edib ki, buna baxmayaraq, sağlamlıqla bağlı cavabların mümkün qədər təhlükəsiz və məsuliyyətli təqdim olunması istiqamətində işlər davam etdirilir.

Oxunub : 308
ŞƏRH YAZ
Ad

E-mail

Şərh