İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik

"WhatsApp"da internet olmadan səsli mesajları mətnə çevirməyə imkan verəcək yeni funksiya hazırlanır.
Avtosfer.az xəbər verir ki, məlumata görə, yeni imkan ilk mərhələdə Android istifadəçiləri üçün nəzərdə tutulub. Bu funksiya sayəsində istifadəçilər səsli mesajları dinləmək əvəzinə onların mətn formasında məzmununu əldə edə biləcəklər. Yeniliyin əsas xüsusiyyəti isə prosesin internet bağlantısı olmadan həyata keçirilməsinin planlaşdırılmasıdır. Bunun üçün səsin mətnə çevrilməsi zamanı istifadə olunan dil paketlərinin birbaşa cihazda saxlanılması nəzərdə tutulur. Beləliklə, istifadəçi internetə çıxışı olmadığı zaman da səsli mesajın mətn variantını əldə edə biləcək. Hazırda funksiya hazırlanma mərhələsindədir və onun bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ












