Banner

NFC istifadəsi zamanı məlumatlarınız oğurlana bilər - ANTİVİRUS ŞİRKƏTDƏN XƏBƏRDARLIQ

Texnologiya 9 Yanvar 2025 16:30 Oxunub 132
NFC istifadəsi zamanı məlumatlarınız oğurlana bilər - ANTİVİRUS ŞİRKƏTDƏN XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Kaspersky” smartfon istifadəçilərini “Near Field Communication” (NFC) texnologiyasının mənfi təsirlərinə qarşı xəbərdarlıq edib.

Avtosfer.az xəbər verir ki, kibertəhlükəsizlik şirkətinin verdiyi açıqlamaya görə, smartfonlar ağıllı və sürətli bağlantılar üçün NFC texnologiyasına əsaslanır. NFC etiket kodlarıi sürətli, təmassız qarşılıqlı əlaqəni təmin etmək üçün marketinq kampaniyalarında, ictimai nəqliyyat sistemlərində və ağıllı ev qurğularında geniş istifadə olunur. Bununla bağlı müxtəlif üsullardan istifadə edə bilən kiberhücumçular NFC etiket kodlarını yenidən proqramlaşdıra bilərlər. Bu teqlər kiliddən çıxarıldıqda, onların məzmunu istifadəçiləri fişinq saytlarına yönləndirmək, cihazlarında arzuolunmaz hərəkətlərə başlamaq və ya zərərli proqram yükləmək üçün manipulyasiya edilə bilər.

NFC etiket kodlarını fiziki olaraq dəyişdirməklə kiberhücumlar həyata keçirən şəxslər nəqliyyat-mübadilə mrəkzələri, kafe və pərakəndə satış məntəqələri, satış köşkləri, avtodayanacaqlar və müxtəlif reklam lövhələrinin üzərindən insanlara qarşı kibercinayətlər törətməkdən çəkinmirlər. Bu hazırda dünyanın əksər ölkələrində ən çox yayılan və asan üsullardan biri sayıla bilər. 

Zərərli NFC etiket kodu ilə qarşılıqlı əlaqə ciddi nəticələrə səbəb ola bilər. İstifadəçilərin şəxsi məlumatları və ya giriş etimadnaməsini oğurlamaq üçün hazırlanmış saxta veb-saytlara yönəldildiyi “fishinq” hücumları ən çox görülən nəticələr arasındadır.

Beləliklə, smartfonun NFC oxuyucusundakı təhlükəsizlik boşluqlarından istifadə etməklə zərərli kodlar işə salına və cihazın məxfi funksiyaları pozula bilər.
Zərərli NFC taqları, həm də istifadəçiləri məlumat oğurlamağa, fəaliyyətə nəzarət etməyə və cihazı zədələyə bilən zərərli proqramları və ya faylları yükləməyə sövq edə bilər. Bu, dəyişdirilmiş NFC etiketinin skan edilməsi kimi, zahirən zərərsiz bir hərəkət əhəmiyyətli maliyyə problemlərinə və məxfiliyin itirilməsinə səbəb ola bilər.
Bəyanatda fikirləri yer alan “Kaspersky” şirkətinin baş təhlükəsizlik araşdırmaçısı Mark Rivero NFC texnologiyasının inanılmaz dərəcədə faydalı olduğunu, lakin istifadəçilər diqqətli olmadıqda NFC-nin həm də zərərli fəaliyyətlər üçün mühüm keçid nöqtəsi olduğunu bildirib.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh