Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI

Süni intellekt texnologiyaları son illərdə tibbi sahədə də geniş istifadə edilməyə başlayıb. İnsanlar artıq müxtəlif proqramlar və mobil tətbiqlər vasitəsilə öz sağlamlıqları ilə bağlı məlumat toplaya, simptomları analiz etdirə və hətta ilkin tibbi məsləhətlər ala bilirlər. Bu texnologiya, xüsusilə erkən diaqnostika və sağlamlıq izləmə sahəsində rahatlıq və sürət təmin edir. Lakin süni intellekt əsaslı məsləhətlər insanın sağlamlığı üçün kritik qərarların verilməsində hər zaman tam etibarlı olmaya bilər və bu sahədə risklərin yaradaq bilər.
Məsələ ilə bağlı tibbi ekspert Adil Qeybulla Avtosfer.az-a açıqlamasında bildirib ki, süni intellekt yalnız informasiya və müqayisə məqsədilə istifadə oluna bilər, lakin tibbi yol xəritəsi kimi qəbul edilə bilməz:

“Süni intellektin rolu məişətimizdə artmaqdadır. Əslində, bu rəqəmsal texnika və kompüter texnologiyası, multimedianın inkişafı həyatımıza yeniliklər gətirib. Çünki bu gün məişət texnikasının böyük əksəriyyəti süni intellektə əsaslanan, xüsusi proqramla işləyən cihazlardır. Onlar konkret əmrləri icra edir və qoyulan proqramdan kənara çıxmırlar. Onların səhv etməsi demək olar ki, mümkün deyil. Tibbi məsələlərlə bağlı vəziyyət isə bir az fərqlidir. Nəzərə alaq ki, tibbi proseduralar və ya hər hansı simptom və əlamət bir xəstəliyin əlaməti ola bilər və ya yalnız epizod xarakterli ola bilər. Bu isə fərqli şeydir. Süni intellektdə sual vermək və məlumat bazalarını yerləşdirmək üçün ilk növbədə xəstə özü dəqiq müəyyən etməlidir. Məsələn, bir autoimmun xəstəliyin, xroniki xəstəliyin və ya kəskin başlanğıc göstərmiş xəstəliyin bir əlaməti ola bilər, yaxud epizod, spazm və ya beyin, damar və bağırsaq problemləri fərqli təzahür edə bilər. Buna görə də insanların tibbi məsələlər üçün süni intellektdən istifadə etməsi, xüsusilə tibbi təhsili olmayan şəxslər üçün, yalnız informasiya məqsədli ola bilər. Lakin süni intellektin verdiyi cavablara əsaslanaraq müalicə etmək müəyyən fəsadlara yol aça bilər. Texnologiya nə qədər inkişaf etsə də, həkimlərin müdaxiləsi daim zəruridir. Çünki tibbi prosedurlar, cərrahiyyə əməliyyatları, ilkin diaqnostika və müalicə strategiyaları həkimlərin bilik və təcrübəsini tələb edir”.
Nurcan Babək
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO










