Təhlükəsizlik tədbirləri və qanunlar texnoloji yeniliklərin sürətinə çatmır - İKT MÜTƏXƏSSİSİ

2026-cı il texnologiya sahəsində sürətli dəyişikliklər və yeniliklərlə yadda qalan dövrlərdən biri kimi qiymətləndirilir. Süni intellekt, avtomatlaşdırma, rəqəmsal platformalar və ağıllı cihazlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməkdə davam edir. Bu inkişaflar həm fərdi istifadəçilər, həm də biznes və dövlət strukturları üçün yeni imkanlar yaradır, iş üsullarını və ünsiyyət formalarını dəyişir. Eyni zamanda texnologiyanın bu qədər sürətli irəliləməsi cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur və onun təsirləri ilə bağlı fərqli yanaşmalar formalaşdırır. Bu texnologiyaların insanı onun gündəlik həyatında durmadan izləməsi bəzi məqamlarda şübhələr və narahatlıqlar yaradır.
Məsələ ilə bağlı kibertəhlükəsizlik üzrə mütəxəssis Əmrah Mövsümzadə Avtosfer.az-a açıqlamasında bildirib ki, 2026-cı il texnologiya dünyasında həm inqilabi yeniliklərin, həm də ciddi təhlükələrin ili olacaq:

“Süni intellekt təkcə mətnlə deyil, musiqi, vizual sənət və hətta proqramlaşdırma sahəsində də yaradıcı güc kimi istifadə olunur. Amma bununla yanaşı, "deepfake" hücumları və adaptiv zərərli proqramlar kimi yeni təhlükələr də ortaya çıxır. Artıq smart kompüter sistemlərini sındırmaq bacarığı da inkişaf edir və bu sahədə hazırlıqlar aparılır. Bu isə maliyyə və hökumət sistemlərində ciddi risklər yarada bilər. “Ağıllı şəhər” texnologiyaları həyatımızı asanlaşdırsa da, hər bir cihaz potensial təhlükə nöqtəsinə çevrilə və “botnet” hücumları üçün vasitə ola bilər. Beyin-kompüter interfeysləri və genom analiz texnologiyaları isə insan məlumatlarını çox daha şəxsi səviyyəyə gətirir. Amma şəxsi məlumatların oğurlanması və ya beynin manipulyasiya edilməsi riskləri də artır. Eyni zamanda, “Metaverse” və virtual reallıq dünyası bizə yeni imkanlar təqdim edir. Ən böyük risk isə odur ki, texnologiya sürətlə inkişaf edir, amma təhlükəsizlik tədbirləri və qanunvericilik bu tempə çatmaqda çətinlik çəkir. Bu balans qorunmasa, məlumat sızıntıları, maliyyə itkiləri və etibarın itirilməsi qaçılmaz olur. 2026-cı ildə əsas çağırış məhz budur. İnnovasiya və təhlükəsizlik arasında düzgün balans qorunmalı və təmin edilməlidir”.
Nurcan Babək
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq










