“WhatsApp” bəzi telefonlarda fəaliyyətini dayandıracaq

WhatsApp tətbiqindən istifadə edənlər üçün vacib dəyişiklik elan olunub. Avtosfer.az xəbər verir ki, Meta köhnə əməliyyat sistemlərinə dəstəyi mərhələli şəkildə dayandırmağa hazırlaşır. Şirkətin qərarı nəticəsində bəzi köhnə smartfon modellərində tətbiqdən istifadə mümkün olmayacaq. Yeni qaydalara əsasən, 30 noyabr 2026-cı ildən etibarən "WhatsApp" yalnız iOS 15.5 və daha yeni versiyalarla işləyən "iPhone" cihazlarını dəstəkləyəcək. Bu səbəbdən bəzi köhnə "Apple" modellərinin istifadəçiləri tətbiqdən yararlana bilməyəcəklər. Android platformasında isə dəyişikliklər 8 sentyabr 2026-cı ildən qüvvəyə minəcək. Həmin tarixdən sonra Android 6.0-dan daha köhnə əməliyyat sistemlərinə malik cihazlarda tətbiqin fəaliyyəti dayandırılacaq. Şirkət bildirib ki, qərarın əsas məqsədi təhlükəsizlik səviyyəsini yüksəltmək, yeni funksiyaların daha sabit işləməsini təmin etmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaqdır. Meta köhnə cihazlardan istifadə edən şəxslərə məlumatlarını əvvəlcədən ehtiyat nüsxədə saxlamağı və imkan daxilində əməliyyat sistemlərini yeniləməyi tövsiyə edib.(milli.az)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










