“Whatsapp” bu telefonlarda İŞLƏMƏYƏCƏK

“WhatsApp” köhnəlmiş iOS və ya Android versiyalarından istifadə edənlərin tətbiqə girişini bloklamağa başlayır.
Avtosfer.az xəbər verir ki, “WhatsApp” istifadəçilərə cihazın proqram təminatını yeniləməli olduqları barədə xəbərdarlıq edən yeni funksiya tətbiq edir.
Köhnəlmiş sistemlə tətbiqə daxil olmağa çalışan istifadəçinin qarşısına xüsusi ekran çıxacaq və davam etmək üçün nə etməli olduğu izah olunacaq.
İstifadəçi cihazın ayarlar bölməsini açaraq mövcud ən son yeniləməni quraşdırmalıdır. Yeniləmədən sonra “WhatsApp”ı açmaq və hesaba giriş prosesini tamamlamaq mümkün olacaq.
Ekranda hansı proqram təminatı versiyasından istifadə edildiyini necə yoxlamaq barədə də məlumat veriləcək. Bu addımı keçmək mümkün olmayacaq — yəni cihazın proqram təminatı yenilənməyənədək istifadəçi “WhatsApp”a daxil ola bilməyəcək.
Tərtibatçılar izah edirlər ki, “WhatsApp”ın təhlükəsizliyi yalnız tətbiqdən deyil, onun işlədiyi cihazdan da asılıdır. Kibercinayətkarlar zərərli proqramlar quraşdırmaq üçün köhnəlmiş əməliyyat sistemlərindəki boşluqlardan istifadə edə bilərlər. Hakerlər məlumatları “WhatsApp” onları şifrələməmişdən əvvəl ələ keçirə bilərlər. Belə halda risk yalnız “WhatsApp”a deyil, cihazdakı bütün tətbiqlərə aid olur.
Yeni funksiya köhnəlmiş proqram təminatına malik cihazdakı istənilən hesaba avtomatik tətbiq ediləcək. Xəbərdarlıq bəzi Android və iOS istifadəçilərində görünə bilər. Hazırda bu mesajı görməyən istifadəçilər isə gələcəkdə cihazlarının proqram təminatı “WhatsApp”ın minimum tələblərinə cavab vermədiyi halda həmin xəbərdarlıqla qarşılaşa bilərlər.
Bloklamanın konkret olaraq hansı iOS və Android versiyalarına tətbiq ediləcəyi hələ açıqlanmayıb.\Modern.az
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...











