“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq

"WhatsApp" köhnə əməliyyat sistemi ilə işləyən bəzi telefonlarda istifadəçilərin hesablarına girişini məhdudlaşdıra bilər.
Avtosfer.az xəbər verir ki, yeni təhlükəsizlik qaydasına əsasən, istifadəçilər hesablarına yenidən daxil olmaq üçün cihazlarının Android və ya iOS sistemini ən son versiyaya yeniləməlidirlər.
Əgər telefon üçün daha yeni sistem yeniləməsi mövcud deyilsə, "WhatsApp"dan istifadəni davam etdirmək üçün yeni cihaz almaq tələb oluna bilər.
Şirkət bu addımı köhnə əməliyyat sistemlərində mövcud olan təhlükəsizlik boşluqlarından sui-istifadə hallarının qarşısını almaq və istifadəçi məlumatlarının qorunmasını gücləndirmək məqsədilə atıb.
Hazırda hansı əməliyyat sistemi versiyalarının dəqiq şəkildə bloklanacağı açıqlanmayıb. İstifadəçilərə telefonlarının parametrlər bölməsindən sistem yeniləmələrini yoxlamaq tövsiyə olunur.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












