Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO

Kanadalı mühəndislər buzlaqların tədqiqi üçün nəzərdə tutulmuş və tamamilə avtonom rejimdə işləyə bilən ilk elektrik avtobusunu hazırlayıblar. Bu nəqliyyat vasitəsi generator, şarj stansiyası və hətta elektrik şəbəkəsinə çıxış olmadan fəaliyyət göstərə bilir. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, buzlaqların tədqiqinə əsaslanan turizm dünyada yalnız az sayda ölkədə inkişaf edib. Kanada da bu ölkələrdən biridir. Burada turistlərin buzlaqlara daşınması üçün xüsusi hazırlanmış avtobuslardan istifadə olunur.
Yeni elektrik modeli Kanadanın Casper Milli Parkında işləmək üçün hazırlanıb. Onun operatoru isə Pursuit şirkəti olacaq.
Elektrobus aşağı temperatur şəraitində işləyə bilən istilik tənzimləmə sisteminə malik 528 kVt/saat tutumlu batareya ilə təchiz olunub. Akkumulyatora çətin keçilən ərazilərdə hərəkət zamanı əlavə qoruyucu sistem də quraşdırılıb.

Avtobusun fəaliyyət göstərəcəyi ərazidə nə şarj stansiyaları, nə də adi elektrik şəbəkəsi olduğundan, layihədə əsas diqqət onun avtonomluğunun artırılmasına yönəldilib.
Bu məqsədlə nəqliyyat vasitəsində enerji bərpa sistemi quraşdırılıb. Belə ki, avtobus buzlaqdan enərkən əyləcləmə zamanı yaranan enerjinin bir hissəsini yenidən batareyaya ötürür.
Lakin əsas enerji mənbəyi avtobusun damında yerləşdirilən ikitərəfli günəş panelləridir. Bildirilir ki, qar və buzun günəş şüalarını güclü əks etdirməsi səbəbindən bu panellər buzlaqlarda xüsusilə səmərəli işləyir.
Günəş qurğusunun ümumi gücü 6 kVt təşkil edir və o, gün ərzində təxminən 40 kVt/saat elektrik enerjisi istehsal edə bilir.
Mühəndislərin sözlərinə görə, tam doldurulmuş batareya avtobusun buzlağın yuxarı hissəsinə və geri 32-35 reys həyata keçirməsi üçün kifayət edir. Bu avtonomluqda günəş panelləri və enerji bərpa sistemi mühüm rol oynayır.

Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir










