"WhatsApp"dan milyonlarla istifadəçini üzəcək yeni qərar

Dünyanın ən populyar mesajlaşma tətbiqi "WhatsApp" "WhatsApp Plus” adı altında ödəməli abonelik sistemi üzərində işləyir. Tətbiqin əsas funksiyaları hələ də pulsuz olaraq qalacaq, lakin bəzi əlavə xüsusiyyətlər yalnız ödəniş edən istifadəçilərə təqdim olunacaq.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, son illərdə mesajlaşma tətbiqlərində və digər rəqəmsal platformalarda ödəməli üzvlük sistemi getdikcə genişlənir. Bu sistemlər vasitəsilə istifadəçilər tətbiqdə daha çox xüsusiyyət və üstünlüklərə sahib ola bilirlər.
Məlumata görə, "WhatsApp Plus" istifadəçilərə əlavə fərdiləşdirmə imkanları təqdim edəcək. Belə ki, istifadəçilər tətbiqin ikonunu dəyişə, fərqli rəng seçimləri və xüsusi zəng tonlarından yararlana biləcəklər. Eyni zamanda, pulsuz versiyada maksimum üç söhbət sabitlənə bilirsə, "WhatsApp Plus" ilə bu sayı artırmaq mümkün olacaq.
Ödənişli paketdə xüsusi stikerlər və bəzi əlavə funksiyaların da olacağı bildirilir. Lakin "Meta" hələ mövzu ilə bağlı rəsmi açıqlama verməyib. Ekspertlər isə "Meta"nın son dövrlərdə tətbiqlərinə əlavə etdiyi ödəməli funksiyaların, "WhatsApp" üçün planlanan abonelik modelinin işarəsi ola biləcəyini qeyd edirlər.
Milyonlarla istifadəçi üçün "WhatsApp Plus" xəbəri sürpriz sayılır və ödənişli sistemin tətbiqinə dair rəsmi açıqlama gözlənilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO










