Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanat yolu ilə də sərnişindaşıma olacaq.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Fərmanında dəyişiklik edib.
Sənədə əsasən, "Bakı Metropoliteni" sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də layihələndirilməsini və tikintisini, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini və s. təmin edəcək.
Ekspert Anar Abbasov deyir ki, ölkəmizdə artıq kanat yolu təcrübəsi var, Bakıda planlaşdırılan kanat yolu isə bir sıra ütsünlüklərə malik olacaq.
Mütəxəssisin sözlərinə görə, kanatın qiymətləri icitmai nəqliyyatın qiymətlərindən kəskin fərqlənməyəcək.
Kanat yolunun hansı ərazilərdə təşkil edilə biləcəyi, yaradacağı üstünlüklər, mümkün qiymətlərlə bağlı suallara aydınlıq gətirmək üçün "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq. Bildirildi ki, qurumun sərnişindaşımada kanat yollarıyla bağlı göstərəcəyi xidmətlərlə əlaqədar ətraflı yaxın günlərdə icitmaiyyətə açıqlama veriləcək.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












