Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO

İsveçrədə istifadə olunan müasir radar sistemləri polis avtomobili hərəkətdə olarkən belə nəqliyyat vasitələrinin sürətini ölçməyə imkan verir. Texnologiya qarşıdan gələn və eyni istiqamətdə hərəkət edən avtomobillərin sürətini müəyyənləşdirmək üçün istifadə olunur.
Avtosfer.az xəbər verir ki, radar saniyədə 18 ölçmə aparmaq imkanına malikdir. Sistem bununla yanaşı, avtomobilin radara olan məsafəsini və hərəkət istiqamətini də müəyyənləşdirə bilir.
Texnologiyanın əsas xüsusiyyətlərindən biri polis avtomobilinin hərəkətdə olduğu zaman da sürət ölçmələrinin aparılmasıdır. Bu, yol polisi əməkdaşlarına müxtəlif istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin sürətinə nəzarət etməyə imkan verir.
Qeyd olunur ki, sistemin istifadəsi zamanı sürət həddini aşan sürücülərlə bağlı qərarı polis əməkdaşı verir. Sürücü müəyyən edildikdən sonra avtomobil saxlanılır və qayda pozuntusu barədə ona məlumat verilir. Beləliklə, radarın ölçmə aparması avtomatik olaraq cərimənin göndərilməsi demək deyil.
Müasir radar texnologiyaları yol hərəkəti qaydalarına nəzarətin daha dəqiq həyata keçirilməsinə, sürət həddini aşan nəqliyyat vasitələrinin müəyyənləşdirilməsinə və yol təhlükəsizliyinin artırılmasına xidmət edir.
Eltac Zülfüqaroğlu
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI












