Avropada satılan təzə avtomobillərin 58 faizini elektromobillər təşkil edəcək - 2028-ci ildə

Dünyada elektromobillərin sayı artır. Lakin bu artım regionlar üzrə qeyri-bərabər paylanıb.
Avtosfer.az xəbər verir ki, bütün qeyri-proporsionallıqlara rəğmən, yaxın onillikdə elektromobillərin digər nəqliyyat növlərini üztələyəcəyi aşkardır.
“AlixPartners” təşkilatının proqnozuna görə 2028-ci ildə Avropada satılan təzə avtomobillərin 58%-ni elektromobillər təşkil edəcək. Bu nəqliyyat vasitələrinin dünya miqyasında dominantlığı isə 2035-ci ildə baş verəcək. Bu gün bazar payı 8% olan eletromobillərin satış həcmi 54% olacaq. Həmin dövrdə Avropada satılan texnikanın 85, Çində 64, Şimali Amerikada 62%-ni elektromobil təşkil edəcək.
Təşkilatın rəhbəri Loran Petizon bu artımı investisiyaların həcmi ilə izah edir. Onun ehtimalına görə 2026-cı ilədək elektromobil sektoruna qoyulan sərmayələrin həcmi 526 milyard dollara çatacaq. Bu da ümumi sənaye investisiyalarının yarısı həcmindədir.
Lakin elektromobil sahəsində hər şey heç də rəvan getmir. Son illərdə baş vermiş iqtisadi böhranlar, koronavirus pandemiyası və xammalın bahalaşması ləngiməyə səbəb olan əsas amillərdir. Avropada orta sinifə məxsus 1 elektromobilin istehsalına tələb olunan xammalın dəyəri ötən il 3000 dollar idisə, hazırda 6500 dollardan yuxarıdır. Bu da istər-istəməz hazır məhsulun maya dəyərini artırır. Ənənəvi avtomobildə istifadə edilməyən kobalt, nikel və litium kimi elementlərə tələbat artıb. Elektromobil hazırlanmasına adi avtomobildən 2 dəfə çox xammal tələb olunur.
Lakin ekspertlər bunun da davamlı olmayacağı qənaətindədirlər. Onlar bir məsələdə həmrəydirlər ki, istehsal kütləviləşdikcə həm xammal, həm də hazır məhsulun maya dəyəri aşağı düşəcək. Bir sözlə, elektromobilə keçid mütləqdir. Hər hansı böhran bunu yalnız ləngidə bilər, dayandıra bilməz.
Vüqar
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA










