Avtomobil satışında son 10 ilin mütləq rekordu qeydə alınıb

Ötən ay Türkiyə daxilində 109 min 828 avtomobil və kommersiya məqsədli nəqliyyat vasitələri satılıb. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, ötən ay avtomobil satışları 2023-cü ilin eyni dövrünə görə 9,9 faiz artaraq 87 min 71 ədəd olub.
Kommersiya məqsədli avtomobil bazarı isə 7,9 faiz azalaraq 22 min 757 ədədə enib. Avtomobil və kommersiya məqsədli nəqliyyat vasitələri bazarı mart ayında ortalama 10 illik satışlara görə 50,9 faiz böyüyüb.
Ümumilikdə isə birinci rübdə 233 min 389 ədəd avtomobil satılıb ki, bu, 33,05 faiz artım deməkdir. Kommersiya məqsədli nəqliyyat vasitələri bazarında isə 62 min 130 ədəd avtomobil satılıb ki, burada da 2,6 faiz artım qeydə alınıb.
İlin ilk 3 ayında seqmentlər üzrə bazarın 88,6 faizini vergi dərəcələri aşağı olan A, B və C seqmentlərindəki nəqliyyat vasitələri təşkil edib. C seqmentli avtomobillər 133 min 712 ədədlə 57,3 faiz, B seqmentli avtomobillər isə 71 min 917 ədədlə 30,8 faiz paya malik olub.
Bundan başqa, ban tiplərinə görə qiymətləndirildikdə ən çox seçilən SUV avtomobillər olub. Belə ki, SUV avtomobillərin satışı 51,7 faiz artımla 120 min 699 ədəd təşkil edib.
Cari ildə həmçinin avtomobil satışının 28,5 faizi və 66 min 451 ədədini sedan, 18,1 faizi və 42 min 145 ədədini H/B avtomobilləri təşkil edib.
Yanvar-mart aylarında satılan avtomobillərin 67 faizini benzinlə, 14,2 faizini hibridlə, 10,8 faizini dizellə, 7,1 faizini elektriklə, 0,9 faizini isə avtoqazla işləyən avtomobillər təşkil edib.
Avtomobil satışlarının 78 faizi mühərriki 1600 kub kubmetrdən aşağı olan nəqliyyat vasitələrindən ibarətdir. Avtomobil satışının 89,3 faizini avtomat transmissiyalı, 10,7 faizini isə mexaniki sürət qutusu olanlar təşkil edib.
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










