Banner

Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı

Avtoxəbər 18 Noyabr 2026 16:23
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
WhatsApp kanalımıza abunə olun

"Elektromobillərin təkərləri aktiv istifadə zamanı daxili yanma mühərrikli (DYM) avtomobillərlə müqayisədə orta hesabla 10-20% daha tez aşınır".

Avtosfer.az xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə açıqlamasında deyib.

Mütəxəssis bu vəziyyətin bir neçə əsas səbəbinin olduğunu vurğulayıb:

"Birincisi, batareyalar səbəbindən elektromobillər daha ağır olur və çəkilərinin paylanması da bir qədər fərqlənir. Bundan əlavə, belə avtomobillər adi daxili yanma mühərrikli maşınlardan fərqli olaraq, daha yüksək fırlanma anını təkərlərə dərhal ötürə bilirlər. Aktiv idarəetmə zamanı bu, təkərlərin sürüşməsinə və nəticədə daha tez aşınmasına səbəb olur".

Ekspert qeyd edib ki, şəhər daxilində adi istifadə zamanı enerjinin bir hissəsini geri qaytarmağa imkan verən rekuperasiya sistemi də təkərlərin aşınmasına təsir göstərə bilər.

"Daxili yanma mühərrikli avtomobilin sərbəst hərəkət edə biləcəyi hallarda elektromobil elektrik mühərrikləri vasitəsilə mütəmadi olaraq yavaşıyır. Bu da təkərlərin aşınmasına səbəb olur", - deyə o əlavə edib.

Laduşkin, həmçinin bildirib ki, təkərlərin aşınmasında əsas amillərdən biri sürücünün idarəetmə tərzidir.

"Avtomobili ehtiyatla, qəfil sürətlənmələrə və davamlı sürüşmələrə yol vermədən idarə etdikdə elektromobillərlə daxili yanma mühərrikli avtomobillər arasındakı təkər aşınması fərqini, ümumiyyətlə, hiss etməmək mümkündür", - deyə ekspert fikrini yekunlaşdırıb.

Qeyd edək ki, elektromobillərin digər çatışmazlıqları arasında soyuq havada yürüş məsafəsinin azalması, batareyanın dəyişdirilməsinin baha başa gəlməsi və enerjidoldurma məntəqələrindən asılılıq da var. Bundan başqa, batareyanın doldurulması yanacaq doldurmaqla müqayisədə daha çox vaxt tələb edə bilər.

Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh