Banner

Süni intellektə görə avtomobillər bahalaşa bilər

Avtoxəbər 17 Noyabr 2026 23:59
Süni intellektə görə avtomobillər bahalaşa bilər
WhatsApp kanalımıza abunə olun

Süni intellekt virtual olduğu üçün ilk baxışdan belə düşünmək olar ki, onun inkişafı üçün mal və material tələb olunmur. Bu düşüncə kökündən yanlışdır. Qeyri-maddi olan süni intellektin ərsəyə gəlməsi materiallara ehtiyacı köklü surətdə dəyişib. Dünya İqtisadi Forumunun statistikasına görə, 2025-ci ildə süni intellekt mərkəzlərinin qurulması üçün 692 min ton metal sərf edilib. 2035-ci ildə sərfiyyat 2,6 milyon tona çatacaq. 

Avtosfer.az xəbər verir ki, server mərkəzləri və inzibati binaların tikintisində qara metal işlənsə də, sistem və avadanlıqlarda əsasən əlvan metallar tələb olunur.  Hər 1 meqavatt əlavə güc üçün 70 ton metal metal lazım gəlir. Həcmə enerji təminatı mərkəzlərinin hazırlanması daxil deyil. Bu sahədə hər hansı təbəddülat bazarda özünü dərhal göstərir. 

Ötən həftə süni intellektlə bağlı siyasi qeyri-müəyyənliklər bu həftə birjalarda özünü göstərib. Başlıca əlvan metallar olan mis, alüminium, sink, nikel və qalayın qiymətində 1-2 faiz arası ucuzlaşma müşahidə olunur. London, Frankfurt və Şanxay birjalarında mis və alüminiumun qiyməti iyuldan bəri ən aşağı həddə enib. Söhbət həm də avtomobil sənayesinin ehtiyacı olan əlvan metallardan gedir. 

Ekspertlərin qənaətinə görə, süni intellekt texnologiyalarının genişlənməsi qlobal bazarla əlaqəsi olan hər bir məhsulun maya dəyərinə təsir edəcək.

Dünya bazarı vahiddir. Virtual texnologiyaların imkanlarının genişlənməsi metala tələbatın artmasını qaçınılmaz edir. Bu da metaldan geniş istifadə edən sektorlarda maya dəyərinin artmasını qaçınılmaz edir. Xüsusən də metala tələbatın çox böyük olduğu avtomobil və müdafiə sənayesində.  

Bu həftənin ilk günündə qeydə alınmış ucuzlaşma nisbidir. Yaxın illərdə süni intellektin tətbiqinin genişləınməsi metala tələbatı artırdığı zaman avtomobil sənayesində də istehsal xərclərinin artması qaçınılmaz olacaq. Bunun əziyyətini isə alıcı çəkəcək.

Vüqar

Oxunub : 20
ŞƏRH YAZ
Ad

E-mail

Şərh