Banner

Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO

Avtoxəbər 18 Noyabr 2026 10:48
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
WhatsApp kanalımıza abunə olun

Biz 2000-ci illərdə Avropa sistemli kraş-testlərdə uğursuz nəticə göstərən sovet avtomobillərinə rast gəlmişik. Bu modellər artıq tarix olub. Lakin, klassik  VAZ modellərinin istehsaldan çıxması ilə təhlükəli avtomobillərin yoxa çıxması arasında bərabərlik işarəsi qoymaq olmaz.

Avtosfer.az xəbər verir ki, “Chery Tiggo 2” modeli yenilənmiş Latin NCAP sistemi ilə test edilib. Bu test Latın Amerikası və Karib regionu üçün nəzərdə tutulub.

Frontal zərbə zamanı avtomobilin kuzovunda güc elementlərinin qeyri-sabitliyi üzə çıxıb. Bundan əlavə, test zamanı ciddi yanğın riski də ortaya çıxıb.

Avtomobildə yan təhlükəsizlik yastıqları olmadığı üçün bu sahə test edilmədən 0 bal verilib. Eyni hal uşaq oturacaqlarına da aiddir.

Ümumi nəticədə avtomobil 0 bal alıb.müqayisə üçün deyək ki, 2002-ci ildə kraş-test zamanı VAZ-2106 2 bal almışdı. Halbuki, bir il əvvəl VAZ-2107 cəmi 0 bal toplamışdı. 

Qeyd edək ki, son illərdə Çin daxilində sınaqlar zamanı ən yüksək bal alan avtomobillərin Avropa kraş-testlərində biabırçı nəticə əldə etməsi Çinin dövlət qurumlarını standartlara yenidən baxmağa vadar etdi. Normalar Euro NCAP sisteminə uyğuynlaşdırıldı.

Vüqar

YouTubehttps://www.youtube.com/watch?v=ELYytpjWEZs

 

 

Oxunub : 64
ŞƏRH YAZ
Ad

E-mail

Şərh