Avtomobillərə də "qara" qutu gəldi - Sürət rejimi və sürücünün bəzi hərəkətləri izlənəcək

Avropada bu gündən istehsal edilən yeni model avtomobillərin “qara qutu” ilə təchiz edilməsi məcburi xarakter daşıyır. 2024-cü ildə isə bu avadanlıq bütün avtomobillərə məcburi olacaq.
Avtosfer.az Belçikanın Vias İnstitutuna istinadla xəbər verir ki, yeni avadanlıq sayəsində məhkəmələr qəza barədə kifayət qədər məlumat ala biləcək. Avadanlıq avtomobilin sürət rejimi və sürücünün bəzi hərəkətləri – manevr, tormozlama və s. haqda məlumatları qeyd edəcək. Təyyarədəki qara qutudan fərqli olaraq burada səs yazılmayacaq.
Bu gündən etibarən Avropada yeni istehsal olunan avtomobillərdə ağıllı sürət yardımı (ISA) sistemi də tətbiq edilir. Bu sistem konkret zonada sürət limitini müəyyən edərək sürücünün iradəsindən asılı olmayaraq avtomobili yavaşıdacaq. Sürücülər sistemi söndürə bilər, lakin hər dəfə mühərrik təkrar işə salınanda sistem avtomatik qoşulacaq.
Qeyd edək ki, belə bir sistem ABŞ-da 2012-ci ildən tətbiq edilir və qəzaların sayının ciddi şəkildə azalmasına səbəb olub. Sürücülər əməlləri üzə çıxacaq deyə qayda pozmurlar.
Vüqar
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB










