Azərbaycan Avtomobil Federasiyası peşəkar usta hazırlığına başladı – DİQQƏT! – VİDEO-FOTO

Azərbaycan Avtomobil Federasiyası nəqliyyat vasitələrinə texniki xidmət göstərən işçi heyət üçün təlimlərə başlayıb. Yol hərəkəti təhlükəsizliyi sürücü və hərəkət mühitindən daha çox avtomobillərdən asılı olduğundan nəqliyyat vasitələrinin həm konstruktiv təhlükəsizliyi, həm də texniki nasazlıq məsələsi diqqətdən qaçırılmamalıdır. Bu baxımdan, uzun illərdir avtomobillərin texniki vəziyyətini lazımi səviyyədə saxlamaq üçün müasir texniki qulluq və diaqnostika mərkəzlərinin yaradılmasına böyük ehtiyac var idi. Artıq bu problem Azərbaycan Avtomobil Federasiyasının nəzdində yaradılan Təlim Akademiyasının fəaliyyətə başlaması ilə aradan qaldırılır.

Avtosfer.az AAF-nın Təlim Akademiyasına baş çəkib, avtomobil ustaları üçün təşkil olunan təlimlərin gedişini izləyib. Hazırda Akademiyada təlimə qatılmış iştirakçılara ən müasir texnologiyalardan istifadə etməklə bu mövzularda təlimlər keçirilir:

Mühərrik texnologiyası;
Avtomobil elektromexanika texnologiyası;
Hibrid və elektrik avtomobil texnologiyası;
Güc aqreqatları texnologiyası;
Hərəkət nəzarət sistemləri;
Şassi və korpus texnologiyası;
Şassi təmiri;
Kosmetik işlər texnikası;
Elektrik avadanlıq təmiri;
Boyama texnologiyasının əsas bilgiləri;
Boyamada yeni texnologiya.

Akademiyanın əsas hədəfi yeni ustaların hazırlanması, işçi heyətinin ixtisasının müasir dünya səviyyəsinə uyğunlaşdırılması, həm də texniki bilgilərinin daim yenilənməsidir. Çünki avtomobillərə hər gün yenilənən texnologiyaların tətbiqi, yeni yanaşmaların olması öz növbəsində ustalardan da yenilik tələb edir. Müvafiq təcrübəsi olan mütəxəssislər tərəfindən keçirilən təlimlər nəticəsində ustalar daim yeni texnologiyalarla tanış ola, öz bacarıqlarını artıra bilərlər.
Ekspertlərin rəyinə görə, gələcəkdə nəqliyyat servisi xidmətinin, bu sahədə mədəniyyətin yüksəldilməsinə, ən müasir texnologiyaların öyrənilməsinə gətirib çıxaracaq təlimlər ümumilikdə Azərbaycanda nəqliyyat servisi səviyyəsinin yüksəldilməsinə səbəb olacaq.
Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi Təlim Akademiyası ölkəmizdə avtomobillərə texniki qulluq göstərən ustaların və digər işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına böyük töhfə verəcək.
Təlimlər ödənişlidir və öyrənilmə mövzularına uyğun olaraq dəyişir.

Təlimlər “Garagineering” GMBH şirkətinin beynəlxalq sertifikasiyalaşmış mütəxəssis heyəti tərəfindən həyata keçirilir. Almaniya və Türkiyədən gələn mütəxəssislər tərəfindən keçilən təlimdə ustalarla yanaşı usta köməkçiləri, o cümlədən bu işi sıfırdan peşəkar formada öyrənmək istəyən hər kəs iştirak edə bilər. Təlimləri uğurla başa vuran ustalara beynəlxalq sertifikat verilir. Növbəti təlimlərə qatılmaq istəyənlər [email protected] email ünvanı vasitəsilə və ya 0502950100 telefon nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?

















