Azərbaycanda avtodaşıyıcıların sayı 2 dəfəyə yaxın artıb

Bu il Azərbaycanda avtodaşıyıcıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artaraq 107-dən 208-ə çatıb.
Avtosfer.az xəbər verir ki, bunu 2023-cü il üçün Beynəlxalq Nəqliyyat Forumunun (BNF) çoxtərəfli illik icazələrinin milli avtodaşıyıcılar arasında bölgüsü zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Son 1 ildə daşıyıcıların sayının artması, daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişlənməsi, eləcə də Azərbaycan daşıyıcılarının müvafiq bazar paylarının artması müşahidə edilir. Avtonəqliyyat vasitələrinin sayı isə ötən il 3 432 ədəd idi. Bu il artıq 8 000-dən çoxdur. Nəqliyyat vasitələrinin sayında artım bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıların fəaliyyətini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb, - deyə o qeyd edib.
Nazir müavini qeyd edib ki, nəqliyyat vasitələrinin sayında artım bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıların fəaliyyətini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb.
Bundan başqa, onun sözlərinə görə, bu günə qədər 2 500-dən çox sürücü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzinin təşkil etdiyi peşəkarlıq səriştəsinə dair təlimlərdə iştirak edib. Ümumilikdə isə 8000 sürücünün təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
Report
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN










